[b]Avropa Liqası: Milli üzvü hamını qabaqladı[/b]
25.06.2016 - 21:11
[b]Avropa Liqası: Milli üzvü hamını qabaqladı[/b]

Avropa Liqasının yarımfinal mərhələsinin ilk qarşılaşmasında Yunanıstanla oynayan voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi 3:1 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, matçın ən çox xal toplayan oyunçusu millimizin üzvü Polina Rəhimova olub.

 

Hücumdakı əsas silahımız 23 xalla millimizin qələbəsində əsas rol oynayıb.

 

Görüşün ikinci ən çox xal yığan oyunçusu da Azərbaycan voleybolçusu olub. Yana Kulan Rəhimovadan 2 xal az toplayaraq, 21 dəfə rəqibi məyus edib.

0