[b]AÇ-2016: “Fənərbaxça”nın futbolçusu "100-lər klubu"nda[/b]
26.06.2016 - 00:05
[b]AÇ-2016: “Fənərbaxça”nın futbolçusu "100-lər klubu"nda[/b]

Portuqaliya millisinin futbolçusu Luiş Nani milli komandanın "100-lər klubu"na girib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının 1/8 finalında Xorvatiya ilə oyun “Fənərbaxça”nın yarımmüdafiəçisi üçün yubileylə əlamətdar olub.

 

29 yaşlı “vinger” 100-cü dəfə millinin formasını geyinməklə bu göstəricidə 4-cü futbolçu olub.

 

Qeyd edək ki, millidə ən çox oyun keçirən Kristiano Ronaldodur. O, 130 dəfə əsas komandanın formasını geyinib. Sonrakı yerləri isə Luiş Fiqo (127) və Fernando Koutu (110) tutur.

0