[b]Amerika Kuboku: Meydan sahibləri mükafatsız qaldılar - VİDEO[/b]
26.06.2016 - 14:19
[b]Amerika Kuboku: Meydan sahibləri mükafatsız qaldılar - VİDEO[/b]

ABŞ-da keçirilən Amerika Kubokunda üçüncü yer uğrunda oyun keçirilib. Apasport.az saytının məlumatına görə, bürünc medal uğrunda matçda meydan sahibləri ilə Kolumbiya milliləri qarşılaşıblar.

 

Görüş cənubi amerikalıların minimalhesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna Karlos Bakka imza atıb. O, 31-ci dəqiqədə fərqlənərək meydan sahiblərini mükafatsız qoyub.

 

Qeyd edək ki, Amerika Kubokunun finalında Argentina və Çili üz-üzə gələcək.

 

0