[b]Millimiz finalda! - YENİLƏNİB[/b]
26.06.2016 - 19:43
[b]Millimiz finalda! - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Avropa Liqasında yarımfinalın cavab görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi Yunanıstanla qarşılaşıb.

 

İlk matçda olduğu kimi, cavab qarşılaşmasında da millimiz qələbə qazanıb. Bu oyun da 3:1 hesabı ilə başa çatıb.

 

Bununla da hər iki oyunda inamlı qəlbə qazanan Faiq Qarayevin yetirmələri tarixində ilk dəfə yüksəldiyi yarımfinal mərhələsindən sonra daha bir ilkə imza ataraq final oynayacaq.

 

Artıq finaldakı rəqibimiz də məlumdur. Voleybolçularımız Sloveniyanı 3:1 (ilk oyun 3:2) məğlub edən Slovakiya ilə qarşılaşacaq.

 

 

 

Avropa Liqası, yarımfinal

 

Azərbaycan – Yunanıstan - 3:1 (25:22, 9:25, 25:15, 25:16) 

İlk oyun: 3:1

Hakimlər: Nenad Davidoviç (Serbiya), İlaria Vanyi (İtaliya)

Bakı. “Azərreyl” Voleybol Bazası

0