[b]Yığmamız darmadağınla qazandı[/b]
26.06.2016 - 14:45
[b]Yığmamız darmadağınla qazandı[/b]

Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Rostov OİK-nin U-19 komandası ilə qarşılaşan yığmamız 5:0 hesabı ilə qələbə qazanıb.

 

Qolları Kamran Quliyev, Xəqani Sadıxov, Fərid Mahmudov, Timur Babayev və Ərşad Xankişyev vurub.

 

“Rostov” klubunun yetirməsi olan Timur Babayev komandaya yeni qoşulub.

0