AÇ-2016: “Bu məğlubiyyəti izah etmək üçün söz tapa bilmirəm” - FOTO
26.06.2016 - 15:46
AÇ-2016: “Bu məğlubiyyəti izah etmək üçün söz tapa bilmirəm” - FOTO

Xorvatiya yığmasının futbolçusu İvan Rakitiç Avropa çempionatının 1/8 finalında Portuqaliyaya məğlubiyyəti (0:1) şərh edib. Apasport.az saytının məlumatına görə, Rakitiç bu məğlubiyyəti izah etməkdə çətinlik çəkdiyini deyib. O, paltardəyişmə otağında hər kəsin ağladığını da bildirib:

 

“Təəssüf ki, komandamız evə yollanır. Bizə yalnız Portuqaliyanı təbrik etmək qalır. Son dəqiqələrdə qol buraxmaq məğlubiyyətlərin ən pisidi. Söz tapa bilmirəm, idman həmişə ədalətli olmur.

 

Xorvatiya yığması sübut edib ki, Avropanın ən güclülərindəndi. Ancaq yenə də inkişaf etməliyik. Heç vaxt paltardəyişmə otağında bu qədər göz yaşı görməmişdim.

 

Dəstəyə görə hər kəsə təşəkkür edirəm. Biz əlimizdən gələn hər şeyi etdik. Bu məğlubiyyəti izah etmək üçün söz tapa bilmirəm".

0