[b]“Neftçi”nin oyununda monteneqrolu hakim[/b]
26.06.2016 - 19:17
[b]“Neftçi”nin oyununda monteneqrolu hakim[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin "Baltsan" - "Neftçi" oyununu idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Maltada keçiriləcək ilk oyun monteneqrolu referi Yovan Kaludyeroviçə tapşırılıb.

 

Ona həmyerliləri - Daniel Deviç və Vladan Todoroviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mileta Şçepanoviç yerinə yetirəcək.

 

UEFA nümayəndəsi Miçal Mertinyak (Slovakiya), hakim-inspektor isə Vaslav Krondl (Çexiya) olacaq.

 

Qeyd edək ki, "Baltsan" - "Neftçi" oyunu iyunun 30-da, Bakı vaxtıyla saat 20:00-da start götürəcək. Cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək və ilk matç kimi 20:00-da başlayacaq.

0