[b]AÇ-2016: Məsut Özil tarixə düşdü[/b]
26.06.2016 - 20:35
[b]AÇ-2016: Məsut Özil tarixə düşdü[/b]

AÇ-2016-nın 1/8 final mərhələsi çərçivəsində keçirilən Almaniya – Slovakiya matçında birincilər oyunun 14-cü dəqiqəsində penaltidən yararlana bilməyiblər. Apasport.az saytının məlumatına görə, bundestimin yarımmüdafiəçisi Məsut Özilin zərbəsini Slovakiyanın qapıçısı Kozaçik dəf edib.

 

Maraqlıdı ki, türk əsilli oyunçu Avropa çempionatları tarixində penaltidən istifadə edə bilməyən ilk almaniyalı futbolçu olub. Ona qədər ələ düşən bütün şanslar qolla nəticələnib.

0