[b]AÇ-2016: İslandiya və İtaliya 1/4 finalda! - YENİLƏNİB[/b]
28.06.2016 - 00:50
[b]AÇ-2016: İslandiya və İtaliya 1/4 finalda! - YENİLƏNİB[/b]

Avropa çempionatında son 1/4 finalçıların adlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, gün ərzində baş tutan iki qarşılaşma ilə sona qalan 8 komanda tam olaraq formalaşıb.

 

Günün ilk matçında 1/8 finalın ən böyük maraq doğuran cütlüyü, İtaliya ilə İspaniya üz-üzə gəliblər. Futbol ictimaiyyəti tərəfindən erkən final olaraq təqdim edilən görüşü "skuadra azzura" qazanıb. 2 cavabsız qolla qalib gələn "mavilər"in heyətində Kyellini və Pelle fərqləniblər.

 

İngiltərə - İslandiya qarşılaşması isə çempionatın ən böyük sürprizinə səhnə olub. Tarixində ilk dəfə qitə birinciliyinin final mərhələsində çıxış edən "qeyzerlər ölkəsi"nin təmsilçiləri ilklərə imza atmaqda davam edirlər. 4-cü dəqiqədə hesabda geri düşməsinə baxmayaraq, özündə güc tapan və 12 dəqiqəyə iki qol vuraraq önə keçən İslandiya yekunda qələbə hesabını qoruyub-saxlaya bilib. İngiltərə isə son illərin ənənəsinə sadiq qalaraq daha bir böyük turniri uğursuzluqla başa vurub.

 

Avropa çempionatı

1/8 final

27 iyun

 

İngiltərə - İslandiya - 1:2

Qollar: Runi, 4 (pen.) - Siqurdson, 6, Siktorson, 18
 

Baş hakim: Damir Skomina 
Yan xətt hakimləri: Yure Praprotnik və Robert Vukan
Əlavə köməkçi-hakimlər: Matej Yuq və Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Karlos Velasko Karbalyo (İspaniya) 
Nitsa. Nitsa şəhər stadionu.

 

İngiltərə: 1. Co Hart, 2. Kayl Ualker, 3. Denni Rouz, 5. Qari Keyhill, 6. Kris Smollinq, 7. Rahim Sterlinq, 9. Harri Keyn, 15. Daniel Starric, 10. Ueyn Runi (k), 17. Erik Dayer, 20. Dele Alli

Ehtiyat oyunçular: 13. Freyzer Forster (q), 23. Tom Hiton (q), 4. Ceyms Milner, 11. Ceymi Vardi, 8. Adam Lallana, 22. Markus Reşford, 12. Nataniel Klayn, 14. Cordan Henderson, 16. Cons Stouns, 18. Cek Uilşir, 19. Ross Barkli, 21. Rayan Bertran 

Baş məşqçi: Roy Hocson

 

İslandiya: 1. Hanes Halldorson, 2. Birkir Severson, 6. Ranyar Siqurdson, 7. Yohan Qudmundsson, 8. Birkir Byarnsson, 9. Kolber Siqtorson, 10. Gilfi Siqurdson, 14. Kari Arnason, 15. Con Dadi Bödvarsson, 17. Aaron Qunnarson, 23. Ari Skulason

Ehtiyat oyunçular: 12. Öqmundur Kristinsson, 13. İnqvar Yonsson, 3. Hakur Heydar Hokson, 4. Hyörtur Hermansson, 5. Sverir İnqasson, 11. Alfred Finboqasson, 16. Run Mar Siquryansson, 18. Elmar Byarnasson, 19. Hordur Maqnusson, 20. Emil Hallfredson, 21. Arnor İnqvi Traustason, 22. Eydur Qudyonson

 

 

İtaliya – İspaniya - 2:0

Qollar: Kyellini, 33, Pelle, 90+1

 

Baş hakim: Cüneyt Çakır

Yan xətt hakimləri: Bahattin Duran, Tarık Ongün

Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşek (hamısı Türkiyə)

Dördüncü hakim: Martin Atkinson (İngiltərə) 

Sen-Deni. “Stad de Frans”

 

İtaliya: 1. Canluici Buffon, 2. Mattia de Şilyo, 3. Corcio Kyellini, 8. Alesandro Florenzi, 9. Qraziano Pelle, 15. Andrea Barzalyi, 16. Daniele de Rossi, 17. Eder, 18. Marko Parolo, 19. Leonordo Bonuççi, 23. Emanuele Caççerini

Ehtiyat oyunçular: 12. Salvator Siriqu, 13. Federiko Marketti, 4. Matteo Darmian, 5. Angelo Oqbonna, 6. Antonio Kandreva, 7. Simone Zaza, 10. Tyaqo Motta, 14. Stefano Sturaro, 21. Federiko Bernardeski, 11. Çiro İmmobile, 20. Lorenzo İnsinye, 22. Stefan El Şaravi

Baş məşqçi: Antonio Konte

 

İspaniya: 13. David de Xea, 3. Xerard Pike, 5. Serxio Buskets, 6. Andres İnyesta, 7. Alvaro Morata, 10. Sesk Fabreqas, 15. Serxio Ramos (k), 16. Xuanfran, 18. Xordi Alba, 21. David Silva, 22. Nolito (20. Aris Aduris, 46)

Ehtiyat oyunçular: 1. İker Kasilyas, 23. Serxio Riko, 2. Sezar Azpilikueta, 4. Mark Bartra, 8. Koke, 9. Lukas Vaskes, 12. Ektor Bellerin, 17. Mikel San Xose, 19. Bruno Soriano, 11. Pedro Rodriges, 14. Tiaqo Alkantara

Baş məşqçi: Visente del Boske

0