[b]Ansi Aqolli “Qarabağ”a qoşuldu[/b]
27.06.2016 - 11:40
[b]Ansi Aqolli “Qarabağ”a qoşuldu[/b]

Albaniya yığmasının heyətində Fransada keçirilən Avropa çempionatının final mərhələsində çıxış etmiş Ansi Aqolli “Qarabağ”ın Avstriyada davam edən təlim-məşq toplanışına qatılıb. Apasport.az-ın Ağdam klubunun saytına istinadən məlumatına görə, o, bu gündən komandasının məşqlərində iştirak edəcək.

 

Aqolli Avro-2016-da Albaniya millisi ilə 3 matçda (2 oyunda kapitan kimi) meydanda olub. Onun yığması qrup mərhələsində 3 xalla 3-cü yerdə qərarlaşsa da, 1/8 finala vəsiqə qazana bilməyib.

 

Qeyd edək ki, Aqolli Azərbaycan çempionatları tarixində belə mötəbər turnirdə iştirak edən ilk futbolçu olub.

0