[b]Avropada 62-ci, Azərbaycan üçün 21-ci mövsümün startı[/b]
27.06.2016 - 13:19
[b]Avropada 62-ci, Azərbaycan üçün 21-ci mövsümün startı[/b]

Sabah yeni avrokuboklar mövsümü start götürəcək. Apasport.az saytının məlumatına görə, Avropada 62-ci mövsüm I təsnifat mərhələsinin ilk qarşılaşmaları ilə başlayacaq.

 

Üç gün ərzində qitə miqyaslı klub turnirlərində 52 matç baş tutacaq. Bunlardan 4-ü Çempionlar Liqası, 48-i isə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək.

 

Qitənin ən nüfuzlu klub turnirində ən aşağı reytinqli 8 ölkənin çempionu mübarizəyə başlayır. Azərbaycanın ən yaxşısı “Qarabağ” bu mərhələdən azad olduğundan, təmsilçimiz mübarizəyə II təsnifat mərhələsindən yarışa qoşulacaq.

 

Avropa Liqasında isə yarışa 39 ölkənin 96 klubu başlayacaq. Burada Azərbaycanı təmsil edən 3 komanda da mübarizəyə start verəcək. Topaz Premyer Liqasının bürünc mükafatçısı “Qəbələ”, həmçinin “Zirə” və “İnter”in avrokuboklara buraxılmaması üzündən qitənin 2-ci dərəcəli klub turnirinə vəsiqə qazanan “Kəpəz”lə “Neftçi” də növbəti sınağına çıxacaq.

 

Avrokubok mövsümü sabahkı 8 görüşlə start götürəcək. Çempionlar Liqasında mərhələnin bütün cütləri, Avropa Liqasında isə 48 cütdən 4-ü ilk oyununu sabah keçirəcək. Digər 48 qarşılaşma isə iyunun 30-da baş tutacaq.

 

Sabahkı 8 oyundan 4-ü Bakı vaxtı ilə 20:00-da başlayacaq. Bu açılış oyunlarından biri “Kəpəz”in Moldova “Daçiya”sı ilə görüşüdü. Qərblilər bu matçla Azərbaycan klublarının avrokuboklarda 21-ci mövsümünə başlayacaq.

 

 

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

28 iyun

20:00. “Flora” (Estoniya) - “Linkoln” (Cəbəllütariq)

21:00. TNS (Uels) - “Tre Penne” (San-Marino)

22:00. “Santa Koloma” (Andorra) - “Alaskert” (Ermənistan) 

22:00. “Valletta” (Malta) - “Torshavn” (Farer adaları)

 

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

28 iyun

20:00. “Partizani” (Albaniya) - “Slovan” (Slovakiya)

20:00. “Kəpəz” (Azərbaycan) - “Daçiya” (Moldova)

20:00. “Rabotniçki” (Makedoniya) - “Buduçnost” (Monteneqro)

22:45. “Sent Patriks” (İrlandiya) - “Jeness” (Lüksemburq)

 

30 iyun

18:00. “Dila” (Gürcüstan) - “Şirak” (Ermənistan)

18:00. “Aktobe” (Qazaxıstan) - MTK (Macarıstan)

19:00. “Admira” (Avstriya) - “Spartak” M (Slovakiya)

19:00. “Ventspils” (Latviya) - “Vikinqur” (Farer adaları)

19:00. “Santa Koloma” (Andorra) - “Lokomotiv” (Xorvatiya)

19:30. “Bokelj” (Monteneqro) - “Voyvodina” (Serbiya)

20:00. “Videoton” (Macarıstan) -  “Zarya” (Moldova)

20:00. “Levadiya” (Estoniya) - “Torshavn” (Farer adaları)

20:00. “Baltsan” (Malta) - “Neftçi” (Azərbaycan)

20:00. “Sloboda” (Bosniya və Herseqovina) - “Beytar” (İsrail)

20:00. “Dinamo” (Belarus) - “Spartak” (Latviya)

20:00. “Atlantas” (Litva) - HİK (Finlandiya)

20:00. “Banants” (Ermənistan) - “Omoniya” (Kipr)

20:00. “Trakai” (Litva) - “Nomme Kalyu” (Estoniya)

20:30. “Slaviya” (Bolqarıstan) - “Zaqlebiye” (Polşa)

20:30. AİK (İsveç) - “Bala Taun” (Uels)

20:30. “Europa” (Cəbəllütariq) - “Pünik” (Ermənistan)

20:30. “Höteborq” (İsveç) - “Landudno” (Uels)

21:00. “Qəbələ” (Azərbaycan) - “Samtredia” (Gürcüstan)

21:00. “Midtyulland” (Danimarka) - “Suduva” (Litva)

21:00. “Zimbru” (Moldova) - “Çixura” (Gürcüstan)

21:00. “Differdanj” (Lüksemburq) - “Kliftonvill” (Şimali İrlandiya)

21:00. “Kukesi” (Albaniya) - “Rudar” (Monteneqro)

21:00. AEK (Kipr) - “Folqor” (San-Marino)

21:00. “Vaduts” (Lixtenşteyn) - “Sileks” (Makedoniya)

21:00. “Odd” (Noeveç) - “Mariehamn” (Finlandiya)

21:00. “Şiroki Briyeq” (Bosniya və Herseqovina) - “Birkirkara” (Malta)

21:15. “Makkabi” Təl-Əviv (İsrail) - “Qoritsa” (Sloveniya)

21:30. “Beroe” (Bolqarıstan) - “Radnik” (Bosniya və Herseqovina)

22:00. “Teuta” (Albaniya) - “Kayrat” (Qazaxıstan)

22:00. “Domjale” (Sloveniya) - “Lusitanos” (Andorra)

22:00. “Runavik” (Farer adaları) - “Şaxtyor” (Belarus)

22:15. “Konna Kvey” (Uels) - “Stabek” (Norveç)

22:15. “Spartak” T (Slovakiya) - “Hiberniians” (Malta)

22:30. “La Fiorita” (San-Marino) - “Debretsen” (Macarıstan)

22:30. “Çukariçki” (Serbiya) - “Ordabası” (Qazaxıstan)

22:45. “Linfild” (Şimali İrlandiya) -  “Kork Siti” (İrlandiya)

22:45. “Aberdin” (Şotlandiya) - “Fola” (Lüksemburq)

23:00. “Harts” (Şotlandiya) - “İnfonet” (Estoniya)

23:00. “Şkendiya” (Makedoniya) - “Krakoviya” (Polşa)

23:00. “Şemrok Rovers” (İrlandiya) - “Rovaniemi” (Finlandiya)

23:15. “Breydablik” (İslandiya) - “Yelqava” (Latviya)

23:15. “Valyur” (İslandiya) - “Brondbü” (Danimarka)

23:15. “Reykyavik” (İslandiya) - “Qlenavon” (Şimali İrlandiya)

 

0