[b]Argentina millisində daha 2 ulduz "söndü"[/b]
27.06.2016 - 13:48
[b]Argentina millisində daha 2 ulduz "söndü"[/b]

Argentina millisinin daha 2 ulduz futbolçusu yığma karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, kapitan Lionel Messinin ardınca Xavyer Maskerano və Serxio Aquero əsas komandadan getməklə bağlı qərar verib.

 

Onlar belə bir fikrə nə üçün gəldiklərini açıqlamayıblar. “Barselona”nın 32 yaşlı müdafiəçisi və “Mançester Siti”nin 28 yaşlı hücumçusunun bu addımını komandanın digər aparıcı futbolçuları da təkrarlaya bilərlər. Yığmanın aparıcı üzvlərindən Anhel di Mariya, Qonsalo İquain, Esekiel Lavessi və Lukas Bilyanın da milli karyerasını bitirəcəyi gözlənilir.   

 

Qeyd edək ki, Argentina ABŞ-da keçirilən Amerika Kubokunda Çiliyə ardıcıl ikinci dəfə penaltilər seriyasında uduzub. Messi və Bilya qapını dəqiq nişan ala bilməyiblər.

0