[b]“Neftçi”nin yeni transferi “Baltsan”la oyundan danışdı[/b]
27.06.2016 - 15:36
[b]“Neftçi”nin yeni transferi “Baltsan”la oyundan danışdı[/b]

“Deyə bilərəm ki, bura mənim çox xoşuma gəlir. İlk gündən komanda məni yaxşı qəbul elədi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin qapıçısı Krşevan Santini deyib.

 

Bakı klubunun yeni transferi Neftçi TV-yə açıqlama verib. Təcrübəli qolkiper bildirib ki, məqsədləri Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Malta “Baltsan”ı ilə oyunda müsbət nəticə əldə etməkdi: “İki oyun keçirdik, yaxşı oynadıq, sadəcə, ikinci oyunun nəticəsi bizi qane eləmədi. Bizim üçün çox vacib olan Maltadakı oyuna hazırlaşmaqdı. Ümid edirəm ki, hər şey normal olacaq. Bu gün hamı futbol oynamağı bacarır, elə komanda yoxdu ki, ona qarşı yarım güc sərf edərək oynaya biləsən. Bilirəm ki, bu oyuna çox ciddi hazırlaşacağıq”.

 

Qeyd edək ki, “Baltsan” - “Neftçi” oyunu iyunun 30-da olacaq.

 

0