“Qəbələ” Bakıda məşqlərə başladı
27.06.2016 - 16:14
“Qəbələ” Bakıda məşqlərə başladı

“Qəbələ” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Samtredia” (Gürcüstan) ilə ilk oyununun Bakıdakı hazırlıqlarına start verib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, iyunun 26-da Gürcüstan toplanışını başa vurub, Bakıya qayıdan “qırmızı-qaralar” bu gün növbəti məşqinə çıxıb.

 

Hazırlığa ara verməyən Roman Qriqorçukun yetirmələrinin günün ilk yarısına təsadüf edən məşqi paytaxtda baş tutub. ADBTİA stadionundakı çalışmalarda futbolçular bərpaedici hazırlıq keçiblər. Komanda növbəti məşqinə sabah günün ikinci yarısında çıxacaq.


Qeyd edək ki, “Qəbələ” 2016-2017-ci illər mövsümünə iyunun 30-da start verəcək. “Qırmızı-qaralar” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununu 8-ci km qəsəbə stadionunda keçirəcək. Komanda Gürcüstan çempionatının gümüş mükafatçısı “Samtredia” ilə üz-üzə gələcək. Bu, 2014-2015 və 2015-2016-cı illər mövsümlərində də UEFA Avropa Liqasında çıxış edən “Qəbələ”nin avrokuboklarda ardıcıl 3-cü mövsümünün startı olacaq.

0