[b]"Qəbələ" - "Samtredia" görüşünün biletləri satışda[/b]
27.06.2016 - 17:59
[b]"Qəbələ" - "Samtredia" görüşünün biletləri satışda[/b]

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Samtredia" (Gürcüstan) oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, biletləri bu gündən etibarən 8-ci km stadionu kassalarından almaq olar. 

 

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdı. 

 

Qeyd edək ki, iyunun 30-da 8-ci km stadionunda keçiriləcək "Qəbələ" - "Samtredia" matçı saat 21:00-da başlayacaq.

Mənbə: gabalafc.az

 

0