[b]"Kəpəz"in start heyəti açıqlandı[/b]
27.06.2016 - 19:15
[b]"Kəpəz"in start heyəti açıqlandı[/b]

Sabah Avropa Liqasının I təsnifat mərhələsində ilk matçına çıxacaq Gəncənin “Kəpəz” klubunun start heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Moldova təmsilçisi "Daçiya" ilə qarşılaşacaq “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev oyundan öncə keçirdiyi mətbuat konfransında ilk 11-likdə başlayacaq oyunçuların adlarını elan edib.

 

Gəncəlilər qarşılaşmaya bu heyətlə başlayacaqlar:

 

"Kəpəz": 88. Tadas Simaitis, 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 36. Renan da Silva, 18. Tural Axundov,  5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 77. Serjinyo, 10. Dario Federiko, 17. Nicat Qurbanov, 90. Julian Ebah

0