[b]AÇ-2016: “Hələ çox komanda sıradan çıxacaq” – Visente del Boske[/b]
27.06.2016 - 22:50
[b]AÇ-2016: “Hələ çox komanda sıradan çıxacaq” – Visente del Boske[/b]

“Başımızı önə əymək vaxtı deyil. Sentyabrda dünya çempionatı seçmələri başlayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya millisinin baş məşqçisi Visente del Boske deyib.

 

AÇ-2016-nın 1/8 final mərhələsi çərçivəsində İtaliya ilə qarşılaşan “buğalar” 0:2 hesablı məğlubiyyətə üzülüblər.

 

Təcrübəli mütəxəssis fikirlərini bu cür ifadə edib: “Bu gün bir qalib olacaqdı. 24 komandadan sadəcə biri çempion olacaq. Hələ çox komanda sıradan çıxacaq. İlk hissədə tamamilə “yatdıq”. Oyundan qabaq bunu danışmışdıq, ancaq olmadı. İkinci hissə bərabərlik şansımız oldu, buna baxmayaraq fürsətdən yararlana bilmədik. İspaniyanı təmsil etməkdən həmişə qürur duymuşam”.

0