[b]AÇ-2016: Tarixin ən qollu çempionatı[/b]
28.06.2016 - 00:27
[b]AÇ-2016: Tarixin ən qollu çempionatı[/b]

AÇ-2016-nın 1/8 final mərhələsinin İngiltərə - İslandiya matçının 4-cü dəqiqəsində Ueyn Runinin penaltidən vurduğu qol bu turnirin 86-cı qolu olub. Apasport.az saytının məlumatına görə, bununla da hazırda Fransada davam edən birincilik tarixin ən çox qol vurulan çempionatı olub.

 

Bundan qabaq isə ən böyük məhsuldarlıq 2000-ci ildə qeydə alınmışdı. Həmin il Belçika və Hollandiyanın birlikdə təşkil etdiyi birincilikdə ümumilikdə 85 qol qeydə alınmışdı.

 

Qeyd edək ki, AÇ-2016-da tarixdə ilk dəfə 24 komanda final mərhələsində mübarizə aparır. Buna qədər isə 1960-cı ildən 1976-cı ilə qədər 4, 1980-1992-ci illər arasında 8, 1996-dan 2012-ci ilə kimi isə 16 komanda çempionluq üçün mübarizə aparmışdı.

0