[b]“Qisasımızı aldıq” - FOTO[/b]
28.06.2016 - 01:27
[b]“Qisasımızı aldıq” - FOTO[/b]

AÇ-2016-nın 1/8 final mərhələsində İspaniyanı 2:0 hesabıyla məğlub edən İtaliyanın müdafiəçisi Corco Kyellini oyunla bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, oyunda "skuadra adzurra"nın qələbəsinə bir qolla töhfə verən Kyellini İspaniyadan qisas aldıqlarını deyib: "Vyana, Kiyev, Fortaleza... Bütün bu oyunların qisasını aldıq. İspaniyanın öhdəsindən gəlməyimiz bir qədər uzun çəkdi.

 

Son 15 dəqiqədə xüsusilə çətin oldu. Qol epizodunda cəld hərəkət etdim. Ümumiyyətlə, qolu kimin vurmasının heç bir əhəmiyyəti yoxdu. Bu oyunu bütün komanda qazandı. İspaniya kimi illərdi Avropada dominantlıq edən komandanı məğlub etdiyimizə görə şadam".

 

“Yuventus”un müdafiəçisi 1/4 finalda qarşılaşacaqları Almaniya barədə də danışıb: "Almaniyaya qarşı oyun çox çətin olacaq. Bu komanda turnirin favoritlərindən biridi. Mart ayında bizə çox ağır dərs vermişdilər. Almaniyaya qarşı oyunda bugünkündən də yaxşı oynamalıyıq".

 

Qeyde edək ki, Almaniya – İtaliya oyunu iyulun 2-də, saat 23:00-da start götürəcək.

0