[b]“Qarabağ”: İstirahət bitdi, məşqə davam - FOTOSESSİYA[/b]
28.06.2016 - 02:15
[b]“Qarabağ”: İstirahət bitdi, məşqə davam - FOTOSESSİYA[/b]

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanov “Vakker İnsbruk”la yoxlama matçından sonra futbolçulara istirahət vermişdi.

 

Bir günlük fasilənin ardından komanda dünən günü 2 məşqlə başa vurub. Futbolçular günün ilk çalışmasını fitnes zalında keçirib. Axşam hazırlığı isə meydançada baş tutub və 1 saat 45 dəqiqə davam edib.

 

Ağdamlıların düşərgəsinə qoşulan Ansi Aqolli məşqlərdə iştirak edib, zədəli futbolçu Namiq Ələsgərov isə fizioterapevt nəzarəti altında çalışmasını davam etdirib, ayağında ağrılar hiss edən Azər Salahlı isə məşqdə iştirak etməyib.

0