[b]Yığmamız final matçına Bakı İdman Sarayında çıxacaq[/b]
28.06.2016 - 08:53
[b]Yığmamız final matçına Bakı İdman Sarayında çıxacaq[/b]

Qadın voleybolçular arasında Avropa Liqasının final mərhələsinin oyunlarının başlama saatı və yeri açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 30-da Slovakiyanın qonağı olacaq Azərbaycan Nitra şəhərinə səfər edəcək.

 

Şəhər Sarayında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Paytaxtımızda təşkil olunacaq cavab oyununun start fiti isə saat 18:00-da veriləcək. İyulun 3-nə təsadüf edəcək görüş “Azərreyl” İdman Bazasında deyil, Bakı İdman Sarayında oynanılacaq.

0