[b]Argentina prezidenti və Maradonadan Messiyə dəstək[/b]
28.06.2016 - 09:46
[b]Argentina prezidenti və Maradonadan Messiyə dəstək[/b]

“Messi yığmada qalmalıdı. Onun qalması vacibdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri əfsanəvi futbolçu Dieqo Maradona deyib.

 

Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra Lionel Messinin yığma karyerasını bitirməsi Maradonanı da təəccübləndirib.

 

O, “Barselona”nın hücumçusunu millidəki karyerasını bitirməməyə çağırıb: “Leo 2 il sonra dünya çempionu olmaq üçün Rusiyaya yollanmalıdı. Messi ona kömək etmək istəyənləri dinləməlidi. Onun yığmadan getməsi arzusunda olanlar Argentina futbolundakı pis durumu gizlətmək istəyənlərdi. Odu ki, Messi qərarını dəyişməli, yığmada qalmalıdı”.

 

Qeyd edək ki, Argentinanın prezidenti Maurisio Makri də məsələ ilə bağlı Messi ilə görüşüb və onun tənqidlərə qulaq asmamasına məsləhət görüb. Dövlət başçısı 29 yaşlı futbolçunun yığmadakı karyerası ilə qürur duymalı və millidən getməməli olduğunu bildirib.

 

0