[b]“Kəpəz” şanslıdı – “Topaz”[/b]
28.06.2016 - 09:58
[b]“Kəpəz” şanslıdı – “Topaz”[/b]

“Topaz” bu gün keçiriləcək oyunların əmsalını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Kəpəz” – “Daçiya” (Moldova) pul qoyuluşu qəbul edəcək.

 

“Topaz” Gəncə təmsilçisini şanslı sayır. Şahin Diniyevin yetirmələrinin qələbə qazanması 2,15 əmsalla qiymətləndirildiyi halda, qonaqların qalib gəlməsinə 2,90 əmsal verilib. Qarşılaşmada heç-heçə isə 2,90 əmsaldı.

 

Qeyd edək ki, “Dalğa Arena”da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq. 

0