[b]Millimiz Slovakiyaya yollandı[/b]
28.06.2016 - 09:59
[b]Millimiz Slovakiyaya yollandı[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Slovakiyaya yollanıb. Apasport.az saytının məlumatına görə, səfərdə məqsəd Avropa Liqasının final mərhələsinin ilk oyununda iştirakdı.

 

Səhər saatlarında Bakını tərk edən Faiq Qarayevin yetirmələri qarşılaşmanın keçiriləcəyi Nitra şəhərində məskunlaşacaq. Görüş isə iyunun 30-da Şəhər Sarayında baş tutacaq.

 

Qeyd edək ki, cavab matçı iyulun 3-də paytaxtımızda olacaq. 

0