[b]AÇ-2016: “UEFA sistemdə axmaq dəyişikliklər edib”[/b]
28.06.2016 - 11:48
[b]AÇ-2016: “UEFA sistemdə axmaq dəyişikliklər edib”[/b]

Almaniya yığmasının hücumçusu Lukas Podolski UEFA-nı tənqid edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Qalatasaray”ın oyunçusu Avropa çempionatının yeni formatını bəyənmədiklərini bildirib.

 

Podolski komandaların sayının artırılması ilə razılaşmadıqlarını və belədə zəif yığmaların da mərhələ adlamaq şansının olduğunu söyləyib: “Avropa çempionatının qrup mərhələsi bir qədər qəribə alındı. Çünki UEFA sistemdə axmaq dəyişikliklər edib. İlk iki oyunda məğlub olan komandanın da son turda qrupdan çıxmaq şansı olurdu. Adamın başını qarışdıran sistemdi. Amma bizim üçün heç nə dəyişmədi”.

 

Qeyd edək ki, hazırda Fransada keçirilən Avropa çempionatı ilk dəfə 24 komandanın iştirakı ilə start götürüb.

0