[b]“Maşallah Əhmədov və İsgəndər Cavadov məni dənizə aparır” - MÜSAHİBƏ[/b]
28.06.2016 - 12:44
[b]“Maşallah Əhmədov və İsgəndər Cavadov məni dənizə aparır” - MÜSAHİBƏ[/b]

XX əsrindən ən güclü hakimlərindən olan Aleksey Spirin Azərbaycan futbolu barədə danışıb. Apasport.az saytının məlumatına görə, UEFA tərəfindən Avropa Liqasının I təsnifat mərhələsinin “Qəbələ” – “Samtredia” matçına hakim-inspektor kimi təyinat alan rusiyalı moscow-baku.ru saytına müsahibə verib.

 

- Aleksey Nikolayeviç, SSRİ-nin vaxtında “Neftçi”nin oyunlarını idarə etmisiz. Həmin matçlarda və Bakı haqqında hansı təəssüratlarınız qalıb?

- Mən Bakıda tez-tez oluram. Vaxtilə “Neftçi”nin Tbilisi “Dinamo”su, “Ararat”, Xarkov “Metallist”i və “Dnepr”lə bir çox maraqlı oyunlarını idarə etmişəm. Azərbaycanla bağlı ən yaxşı təəssüratlarım qalıb. Orda mehriban insanlar yaşayır. Bakıda futbol oyunlarında möhtəşəm atmosfer olurdu. Cənubun emosional temperamentinə rəğmən, azarkeşlər aqressiv deyildilər. Halbuki bəzən fitə basır və meydana nəsə atırdılar. Yadımdadı, bir dəfə Yuri Savçenko ilə Bakıda “Neftçi”nin oyununu idarə edirdim. Həmin gün ev sahibləri uduzdular. Qorxumuzdan tez tribunaların altından uzaqlaşdıq. Tunellə soyunub-geyinmə otağına gedərkən milis nəfərlərini gördük. Aralarında bir qalınbığlı polkovnik-leytenant bizə baxıb, müəmmalı şəkildə gülümsədi. Onda mən hələ cavan idim və incəlikləri başa düşmürdüm. Yanlarında keçəndə Savçenkoya “Hə, Yura, bu gün bəxtin gətirdi” dedim. Bu andaca milislərdən biri tərəfindən qəfil zərbə aldım. Polkovnik-leytenant isə gülərək cavab verdi: “Get, get, uşaq, get gəz”. Lakin mən bunu zarafat kimi qəbul elədim. Digər tərəfdən isə başa düşdüm ki, hətta milis işçisi də doğma komandasının azarkeşi idi.  

 

- Müasir Bakı barədə fikirləriniz necədi?

- Doğrudan da, Bakıda tez-tez oluram. İyunun 30-da təyyarə ilə yenidən Azərbaycanın paytaxtına uçacağam. Budəfəki səfərimin məqsədi Avroliqanın təsnifat mərhələsində keçiriləcək “Qəbələ” – “Samtredia” matçında hakim-inspektorluq etməkdi. Sonuncu dəfə isə ötən il, Avropa Oyunlarından öncə orda olmuşdum və şəhərdə tikinti bumunu görmüşdüm. İdman infrastrukturuna bağlı olan bütün obyektlər çox incəliklə işlənilib. Bu, inkifaşdı. Hər şey unikaldı. Bakı gözəl binaları və enli prospektləri ilə müasir şəhərdi. Orda qədimiliklə müasirliyin vəhdəti yaranıb. Bakıda olanda həmişə piyada gəzirdim və o gözəllikdən həzz alırdım. Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycanda “Formula-1” yarışı keçirildi, özü də yüksək səviyyədə. İsti Bakı günəşi öz hərarətini insanlara da ötürür. Bakıda olanda dostlarım Maşallah Əhmədov və İsgəndər Cavadov məni dənizə aparır və yaxşı təamlara qonaq edirlər. Çox qonaqpərvərdilər. 


- Azərbaycanlı dostlarınız çoxdumu?

- Moskvada çoxlu azərbaycanlı dostlarım var. Onlardan biri “Neftçi”nin keçmiş hücumçusu Rafiq Əlizadədi. O, hazırda “Dina” futbol klubunun vitse-prezidentidi. Dostlarımın sırasında artıq aramızda olmayan Sergey Kramarenko da var idi. Bakıdakı dostlarım Rafiq Quliyev və Rüstəm Rəhimov da tez-tez Moskvaya gəlir. Azərbaycanlılar yaxşı yumor bacarıqları ilə də seçilirlər. Tofiq Bəhramovla tez-tez ünsiyyət qururduq. O, mənim müəllimim idi. Bu mehriban insanla bağlı çox xatirələrim var. Mənə “Uembli”də keçirilmiş İngiltərə - Almaniya matçında hakimlik etmək qismət olub. İngilislər həmin vaxt qələbə qazanaraq, tarixlərinin yeganə dünya çempionluqlarına imza atmışdılar. Qayıdandan sonra Tofiq Bəhramovla görüşdük və həmin matçı yada saldıq. Mən ondan soruşdum ki, həmin oyunda şübhəli qolu necə qeydə ala bildiniz? O isə mənə cavab verdi ki, Lyoşa, ondansa sən de görüm, sovet hakimlərindən kraliçanın əlini kim öpmüşdü? 

 

- Azərbaycan futbolunun gələcəyini necə görürsüz?

- Azərbaycan futbolunun yaxşı gələcəyinə inanmaq istəyirəm. Artıq müəyyən uğurlar hiss olunur. Avrokubokda “Qarabağ” və “Neftçi”nin oyunlarında hakim-inspektor olmuşam. Yaxşı iş gördükləri göz önündə idi. Azərbaycan futbolunda istedadlı, perspektivli uşaqlar var.

 

 

0