[b]Ueyn Runi İngiltərə yığmasından gedir?[/b]
28.06.2016 - 12:52
[b]Ueyn Runi İngiltərə yığmasından gedir?[/b]

Fransada keçirilən Avropa çempionatının ən böyük sürprizlərindən biri də İslandiya yığmasının İngiltərə üzərində qələbə qazanaraq 1/4 finala adlaması olub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu məğlubiyyətdən sonra əksər azarkeşlər ingilislərin kapitanı Ueyn Runinin yığmadan gedəcəyini düşünüblər.

 

31 yaşlı forvard isə yığma karyerasını bitirməyə hazırlaşmadığını bildirib: “Əlbəttə ki, bu nəticəyə görə, çox məyusam. Ancaq yığmanın formasını geyinməkdən xoşum gəlir və bununla fəxr edirəm. Millinin növbəti baş məşqçisini görmək çox maraqlı olar. Yeni çalışdırıcı mənim xidmətimə ehtiyac duysa, mütləq yığma karyeramı davam etdirəcəm”.

 

Runi İngiltərə yığmasının gələcəkdə daha güclü olacağını düşünür: “Roy Hodson komandanı gəncləşdirərək, çox iş gördü. İngiltərə millisini böyük gələcək gözləyir”.

0