[b]ÇL və AL-də ilk oyunlar keçirildi[/b] - [b]YENİLƏNİB[/b]
29.06.2016 - 00:33
[b]ÇL və AL-də ilk oyunlar keçirildi[/b] - [b]YENİLƏNİB[/b]

Yeni avrokuboklar mövsümü start götürüb. Apasport.az saytının məlumatına görə, Avropada 62-ci mövsüm I təsnifat mərhələsinin ilk qarşılaşmaları ilə başlayıb.

 

Çempionlar Liqasının ilk təsnifat mərhələsi çərçivəsində 4 görüş keçirilib. Estoniya, Uels, Andorra və Maltada baş tutan oyunlarda müvafiq olaraq, “Flora” “Linkoln”u, TNS “Tre Penne”ni, “Valletta” isə “Torshavn”ı məğlub edib. “Santa Koloma” “Alaskert” görüşü isə heç-heçə bitib.

 

Avropa Liqasının I təsnifat mərhələsinin 4 oyunu da baş tutub. Azərbaycan təmsilçisi “Kəpəz” Bakıda “Daçiya” ilə bərabərə qaldığı vaxtda, “Partizan” “Slovan”la, “Rabotniçki” “Buduçnost”la eyni nəticəyə razılaşıb. “Sent Patriks” isə “Jeness” ilə oyundan minimalhesablı qələbə ilə ayrılıb.

 

 

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

28 iyun

“Flora” (Estoniya) - “Linkoln” (Cəbəllütariq) - 2:1

Qollar: Alliku, 35, Sppinen, 49 - Çipolina, 57

 

TNS (Uels) - “Tre Penne” (San-Marino) - 2:1

Qollar: Quikli, 13, Mullan, 40 - Fraternali, 16

 

“Santa Koloma” (Andorra) - “Alaskert” (Ermənistan) - 0:0

 

“Valletta” (Malta) - “Torshavn” (Farer adaları) - 1:0

Qol: Falkon, 69

 

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

28 iyun

“Partizani” (Albaniya) - “Slovan” (Slovakiya) - 0:0

 

“Rabotniçki” (Makedoniya) - “Buduçnost” (Monteneqro) - 1:1

Qollar: Elmas, 80 - Yanketiç, 36

 

“Sent Patriks” (İrlandiya) - “Jeness” (Lüksemburq) - 1:0

Qol: Faqans, 10

 

0