[b]AÇ-2016: Kollina özünə təyinat verdi[/b]
28.06.2016 - 14:26
[b]AÇ-2016: Kollina özünə təyinat verdi[/b]

Fransada keçirilən Avropa çempionatında 1/4 final mərhələsinin ilk matçının hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 30-da Polşa ilə Portuqaliya arasında baş tutacaq qarşılaşma almanlara tapşırılıb.

 

Görüşü Almaniyanın ən tanınmış hakimi Feliks Brix idarə edəcək. Maraqlıdı ki, UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina özünə də təyinat verib. İtaliyalı əfsanəvi referi Polşa – Portuqaliya qarşılaşmasında hakim-inspektor funksiyasını yerinə yetirəcək.

 


Avropa çempionatı - 2016

1/4 final mərhələsi

 

30 iyun

23:00. Polşa - Portuqaliya

Baş hakim: Feliks Brix

Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp

Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)

Dördüncü hakim: Milorad Maziç (Serbiya)

Ehtiyat yan xətt hakimi: Milovan Ristiç (Serbiya)

Hakim-inspektor: Pyerluici Kollina (İtaliya)

UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)

Marsel. “Velodrom” stadionu

 

 

0