Daha bir ulduz futbolçu Çinə köçdü
28.06.2016 - 15:20
Daha bir ulduz futbolçu Çinə köçdü

Ulduz futbolçuların Çinə axını davam edir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Zenit”in hücumçusu Halk da karyerasını bu ölkədə davam etdirəcək.

 

Belə ki, Çində “transfer pəncərəsi” açılan kimi, “Şanxay Şenxua” Braziliya millisinin forvardını heyətinə cəlb edib. Klub bu keçid üçün sankt-peterburqlulara 55 milyon avro ödəyiblər. Tərəflər arasında razılığa görə, Halk bir mövsümdə 15-dən çox qol vurarsa, “Zenit” əlavə qazanc əldə edəcək.

 

30 yaşlı oyunçunun yeni klubunda illik məvacibi isə 20 milyon avro olacaq. Bununla “Şanxay Şenxua” Demba Ba, Fredi Quarin və Obafemi Martinsdən sonra 4-cü ulduz transferini həyata keçirib.

 

Qeyd edək ki, “Zenit” Halkı 2012-ci ildə 37 milyon avroya “Porto”dan transfer etmişdi.

0