[b]Pərdis – Lohfink qalmaqalı uzanır: Model apellyasiya şikayəti verdi[/b]
28.06.2016 - 15:48
[b]Pərdis – Lohfink qalmaqalı uzanır: Model apellyasiya şikayəti verdi[/b]

Azərbaycan yığmasının sabiq futbolçusu Pərdis Fərcad-Azadı təcavüzdə günahlandıran, lakin bu iddiası qəbul edilməyən Gina-Liza Lohfink Berlin məhkəməsinin qərarına qarşı çıxıb. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, şər atdığı üçün 27 min dollar cərimələnən model apellyasiya şikayəti verib.

 

Belə ki, məhkəmə qərarını açıqlayan kimi, həm Lohfink, həm də onun vəkili zalda səs-küy yaradıb. Hakimin qərarı ilə razılaşmayan Gina-Liza cəriməni ödəməkdən imtina edib. Pərdis Fərcad-Azad məhkəmə prosesində sorğu-sual olunarkən, Lohfink ağlayıb və zalı tərk etmək məcburiyyətində qalıb. Nəticədə məsələ bağlanmayıb. 4 ildi uzanan məhkəmə prosesinin avqustun 8-dək davam etdirilməsi lazım bilinib.

 

Lohfinki 27 min dollar məbləğində cərimələyən Berlin məhkəməsi Pərdis Fərcad-Azad və adı zorlamada günahlandırılan Sebastian adlı digər şəxsə isə 1500 dollar cərimə kəsmişdi. Buna səbəb kimi isə onların Lohfinklə seks prosesini videoya çəkmələri və onu internetdə yaymaları göstərilmişdi.

 

Qeyd edək ki, Gina-Liza Lohfink 2012-ci ildə məhkəməyə müraciət edərək, Pərdis Fərcad-Azad və Sebastian adlı digər şəxs tərəfindən təcavüzə məruz qaldığını iddia etmişdi.

 

 

0