[b]Millimiz Türkiyə ilə yoxlama oyunu keçirəcək[/b]
28.06.2016 - 17:32
[b]Millimiz Türkiyə ilə yoxlama oyunu keçirəcək[/b]

Azərbaycanın 3X3 növü üzrə basketbol yığmaları Türkiyəyə yollanıblar. Apasport.az saytının məlumatına görə, İstanbulda həm kişilərdən, həm də qadınlardan ibarət millilərimiz Avropa çempionatının son hazırlıqlarını keçirlər.

 

İyunun 30-dək burada qalacaq basketbolçularımız bir neçə yoxlama matçında da gücünü yoxlayacaq və çatışmazlıqlar üzərində işləyəcək. Rəqiblər İstanbulun seçmə komandaları, həmçinin Türkiyə millisi olacaq.

 

Komandalarımız Avropa çempionatının seçmə mərhələsinə isə birbaşa qonşu ölkədən yollanacaqlar. Samit Nuruzadənin rəhbərlik etdiyi kişilərdən ibarət milli Hollandiyanın Amsterdam, Tatyana Slojenitsinanın çalışdırdığı qadınlardan ibarət yığma Fransanın Puatye şəhərində gedəcəklər. Qarşılaşmalar iyulun 1-də və 2-də keçiriləcək. 

0