[b]“Daçiya”da prezident tapşırığı, “Kəpəz”dən “selfie”[/b]
28.06.2016 - 18:51
[b]“Daçiya”da prezident tapşırığı, “Kəpəz”dən “selfie”[/b]

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Kəpəz” – “Daçiya” matçından öncə qonaqların prezidenti Aldan Şişxanov meydanda gözə dəyib. Apasport.az saytının məlumatına görə, Moldova təmsilçisinin başqanı matçın baş tutacağı “Dalğa Arena”nın ot örtüyünə nəzər yetirib.

 

Diqqətçəkən məqam isə Şişxanovun komandanın baş məşqçisi Oleq Bejenar və futbolçularla danışması olub. Klub prezidenti əl-qol hərəkətləri ilə 2-3 futbolçuya necə oynamalı olduqlarını başa salıb. Sanki taktiki tapşırıqlar verən Şişxanov daha sonra Bejenarla söhbət edib.

 

Onunla qısa dialoqdan sonra isə kişinyovluların prezidenti meydanı tərk edib. Ardından isə ev sahibləri meydana çıxıb. Stadionda gəzişən “Kəpəz”in bir neçə futbolçusu “selfie” çəkdirməklə məşğul olub.

 

Qeyd edək ki, “Kəpəz” – “Daçiya” qarşılaşması bu gün saat 20:00-da start götürəcək.

0