[b]Portuqaliya yığmasının sabiq futbolçusu “Zirə”də[/b]
28.06.2016 - 18:55
[b]Portuqaliya yığmasının sabiq futbolçusu “Zirə”də[/b]

Topaz Premyer Liqasında 2-ci mövsümünə hazırlaşan “Zirə” məşqlərlə yanaşı, transfer çalışmalarını da davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda daha bir futbolçu ilə güclənib.

 

Portuqaliyalı Migel Lorenzo ilə müqavilə imzalanıb. Futbolçu Setubalın “Vitoriya” klubundan bir illik icarə əsasında “Zirə”yə qoşulub. Bununla yanaşı, komanda növbəti mövsümün sonunda Migeli transfer etmək hüququnu özündə saxlayır.

 

“Vitoriya”nın yetirməsi olan 24 yaşlı müdafiəçi Portuqaliyanın bütün aşağı yaş qruplarından ibarət yığma komandalarında çıxış edib. Migel həmçinin, ölkəsinin U-21 yığmasının da formasını geyinib.

 

0