[b]“Kəpəz” - "Daçiya": Cəmi 500 azarkeş[/b] - [b]FOTOSESSİYA[/b]
28.06.2016 - 19:42
[b]“Kəpəz” - "Daçiya": Cəmi 500 azarkeş[/b] - [b]FOTOSESSİYA[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində az sonra start götürəcək “Kəpəz” – “Daçiya” matçında ajiotaj olmayacaq. Apasport.az saytının məlumatına görə, görüşün başlamasına bir neçə dəqiqə qalsa da, stadionun böyük hissəsi boşdu.

 

Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, ümumilikdə 2 min bilet satılıb. Klubun təşəbbüsü ilə Gəncədən Bakıya ümumilikdə 500 nəfərdən ibarət 11 avtobus gəlib. Lakin hazırda tribunanın cəmi 2-3 sektoru dolub. Stadionun həndəvərində olan azarkeş sayı barmaqla sayılacaq qədərdi.

 

Bu isə o deməkdi ki, 16 ildən sonra avrokubokda iştirak hüququ qazanan “Kəpəz”in “Daçiya” ilə görüşü, demək olar ki, boş tribunalar önündə keçiriləcək

0