[b]“Kəpəz” – “Daçiya” matçında qan axdı[/b] - [b]FOTO[/b]
28.06.2016 - 20:24
[b]“Kəpəz” – “Daçiya” matçında qan axdı[/b] - [b]FOTO[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində hazırda keçirilən “Kəpəz” – “Daçiya” görüşündə xoşagəlməz hal baş verib. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın 20-ci dəqiqəsində qonaqların futbolçusu zədələnib.

 

Belə ki, meydanın mərkəzində ikili mübarizə zamanı Moldova təmsilçisinin hücumçusu İqor Buqayev sifətindən zərbə alıb. Nəticədə futbolçunun qaşı partlayıb. Dərhal kənara çəkilən Buqayevə həkimlər ilkin tibbi yardım göstəriblər.

 

Qanaxma dayandıqdan sonra forvard yenidən meydana qayıdaraq, oyunu davam etdirib.

0