[b]"Hörmətsizlik? İstəməzdim ki, belə münasibət göstərəsiz" - Oleq Bejenar[/b]
28.06.2016 - 22:09
[b]"Hörmətsizlik? İstəməzdim ki, belə münasibət göstərəsiz" - Oleq Bejenar[/b]

"Gözlədiyimiz kimi, qarşılaşma ağır alındı. "Kəpəz"dən belə oyun gözləmirdik. Çox yaxşı komandadı". Apasport.az saytının məlumatına görə, bu sözləri "Daçiya"nın baş məşqçisi Oleq Bejenar deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Kəpəz"in qonağı olan "Daçiya" Bakıdan heç-heçə (0:0) ilə qayıdır.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Bejenar oyunu şərh edib: "Birinci hissədə əsəbi görünürdük. İndi rəqibi daha yaxşı tanıyırıq. Cavab matçına daha yaxşı hazırlaşacağıq".

 

- Siz texniki zonada oturduğunuz halda, klubun prezidenti baş məşqçi kimi davranırdı, göstərişlər verirdi. Buna necə izah gətirə bilərsiz?

- Bu suala cavab vermirəm. Xahiş edirəm, oyundan sual verin.

 

- Çempionat matçlarında da klub prezidenti göstərir verir?

- Gəlin, bitirək.

 

- Klubun rəsmi saytında Mərdəkanın adının səhv olaraq, erməni mənşəli yaşayış məntəqəsi kimi təqdim edilməsi ilə bağlı nə deyə bilərsiz?

Suala mətbuat xidmətinin rəhbəri cavab verir: Heç kimin xətrinə dəymək istəmirdik. Sadəcə, anlaşılmazlıq oldu.

 

- Komandanın bu gün öz oyununu sərgiləyə bilməməsinin səbəbi nədi?

- Mən bilmirəm, siz niyə belə fikirləşdiniz. Komandamızda yeni oyunçular var, hələ bir-birlərinə uyğunlaşmayıblar. Cəmi 20 gündü bir yerdədilər. Sizə söz verirəm ki, növbəti oyunlarda daha yaxşı futbol sərgiləyəcəyik.

 

- Klubun prezidentinin kənardan tapşırıq verməsini özünüzə qarşı hörmətsizlik hesab etmirsiz?

- Hörmətsizlik? İstəməzdim ki, siz belə münasibət göstərəsiz. Əgər mən özümə qarşı hörmətsizlik hiss etsəydim, burda çalışmazdım.

0