[b]“Qəbələ”in açıq məşqinin vaxtı dəyişdirildi[/b]
29.06.2016 - 00:01
[b]“Qəbələ”in açıq məşqinin vaxtı dəyişdirildi[/b]

İyunun 30-da UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Gürcüstanın “Samtredia” komandasını qəbul edəcək. Apasport.az saytının məlumatına görə, 8-ci km stadionunda baş tutacaq “Qəbələ” - “Samtredia” matçı öncəsi keçiriləcək mətbuat konfransı və açıq məşqin vaxtı dəyişdirilib. 

 

Belə ki, “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun sabah - iyunun 29-da baş tutacaq mətbuat konfransı bir qədər qabağa çəkilib və saat 18:45-də başlayacaq. Tədbir arenanın media zalında keçiriləcək.

 

“Qəbələ”nin oyunöncəsi son məşqi isə 19:30-da start götürəcək.

 

Qeyd edək ki, saat 20:30-da “Samtredia”nın çalışdırıcısı Giya Tsetzadze media nümayəndələrinin suallarını cavablandıracaq. Qonaqların məşqi isə 21:00-da başlayacaq.

0