[b]“Qarabağ”a qol vurmağı çox istəyirdim” – Ramil Şeydayev[/b]
29.06.2016 - 00:58
[b]“Qarabağ”a qol vurmağı çox istəyirdim” – Ramil Şeydayev[/b]

“Məğlub olduq. Oyun haqqında təəssüratlarım çox da yaxşı deyil. İkinci hissə top yaxşı nəzarət edirdik. Ancaq qol vurmaq mümkün olmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zenit”in azərbaycanlı futbolçusu Ramil Şeydayev deyib.

 

“Qarabağ”ın Avstriya toplanışı çərçivəsində yoxlama oyununda üz-üzə gəldiyi Sankt-Peterburq klubunun üzvü minimalhesablı məğlubiyyəti dəyərləndirib.

 

“Zenit”in rəsmi saytına açıqlama verən hücumçu fikirlərini bölüşüb: “Qol vurmağı çox istəyirdim. Alınmadı. Ümid edirəm ki, növbəti oyunda fərqlənə biləcəm. Əlbəttə Azərbaycan klubuna qarşı oynamaq çox maraqlıdır. Onların necə çıxış edəcəklərini görmək istəyirdim. Çox xoşuma gəldi. Topla əla rəftar edirlər. Ayrı-ayrılıqda çox güclü oyunçulara malikdilər. Çox bəyəndim. Onlar hər il Avrokuboklarda oynayırlar. İzləyirəm, baxıram oyunlarına. Keçən dəfə onları bir az tənqid etmişdilər, ancaq bu, futboldu”.

 

Gənc oyunçu yeni baş məşqçi Mirça Luçesku haqqında da danışıb: “Luçeskunun məşqlərini bəyənirəm. Tədricən alışırıq. Doğrudur, heç kim optimal formada deyil. Ancaq yavaş-yavaş forma yığacağıq”.

0