[b]“Şans bizim tərəfimizdə idi” – “Daçiya”nın futbolçusu[/b]
29.06.2016 - 02:00
[b]“Şans bizim tərəfimizdə idi” – “Daçiya”nın futbolçusu[/b]

“Daçiya”nın yarımmüdafiəçisi Denis Kojanov "Kəpəz"lə matçdan (0:0) sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- "Kəpəz" artıq 16 ildir ki, Avrokuboklarda çıxış etmir. Onlardan belə oyun gözləyirdiniz?

- Əlbəttə, bilirdik ki, çətin oyun olacaq. “Kəpəz” əks hücumları daha yaxşı bacarır. Çətin oyun oldu.

 

- Deyilənə görə, klub prezidenti və bəzi oyunçular bu oyuna ciddi yanışmırdılar...

- Biz hər oyuna ciddi yanaşırıq və qələbə qazanmaq istəyirik. “Kəpəz” bizim üçün yaxşı rəqibdir. Avroliqada zəif rəqib olmur.

 

- Komandaya göstərişləri niyə klub prezidenti verirdi? Məşqləri də o keçir?

- Arada məşqlərimizdə də iştirak edib. Öz məşqçimiz də təcrübəlidir.

 

- “Kəpəz”in bir neçə dəfə real epizodları oldu. Bəxtiniz gətirdiyini demək olar?

- Komanda öz meydanında oynayır və daha çox qol epizodunun olmağı normaldı. Ancaq şans bizim tərəfimizdə idi. Razılaşıram.

 

- Birinci hissədə zəif çıxış etdiniz...

- İlk hissədə oyunumuz yaxşı alınmadı. 2-ci hissədə isə rahat oynadıq.

0