[b]Yığmamız Pavlodardan 1 qızıl və 2 gümüş medalla qayıdır[/b]
29.06.2016 - 09:11
[b]Yığmamız Pavlodardan 1 qızıl və 2 gümüş medalla qayıdır[/b]

Qazaxıstanın Pavlodar şəhərində akrobatika gimnastikası üzrə keçirilən “İrtışskiye Zorı” beynəlxalq turniri başa çatıb. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış yığmamız üçün uğurlu alınıb.

 

12-18 yaş qrupunda çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlından ibarət qarışıq cütlük rəqibləri arasında ən yaxşı nəticəni göstərərək, fəxri kürsünün ilk pilləsinə yüksəlib.

 

Digər qarışıq cütlüyümüz, 13-19 yaş kateqoriyasında yarışan Nurcan Cabbarlı və Ağasif Rəhimov isə gümüş medalla kifayətlənib.

 

Böyüklər arasında çıxış edən Seymur Cəfərov və Murad Əkbərov cütlüyü də yarışı medalla başa vurub. Onlar ikinci yeri tutublar.

0