[b]“Daçiya” hələ Bakıdadı[/b] - FOTO
29.06.2016 - 11:23
[b]“Daçiya” hələ Bakıdadı[/b] - FOTO

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində dünən “Kəpəz”lə qolsuz heç-heçə etmiş “Daçiya” klubu hələ Bakıdadı. Apasport.az saytının məlumatına görə, “canavarlar” Türkiyədə baş vermiş terrorla əlaqədar, Moldovaya qayıda bilməyiblər.

 

Bakı-İstanbul-Kişinyov reysindən istifadə etməli olan “Daçiya”nın geri dönüşü gecə saatlarına nəzərdə tutulsa da, məlum hadisə səfərin baş tutmamasına səbəb olub.

 

Nəticədə moldovalılar hava limanını tərk etmək məcburiyyətində qalıblar. “Daçiya” klubunun üzvləri “Boulevard Hotel Baku” otelində yerləşdiriliblər. Məlumatı əməkdaşımızla söhbətində otelin operatoru da təsdiqləyib.

 

Hazırda “Boulevard Hotel Baku”da olan Kişinyov təmsilçisinin vətənə nə vaxt qayıdacağı bəlli deyil. Geri dönüş tarixini və saatını “Türk Hava Yolları” (THY) aviaşirkəti müəyyənləşdirəcək.

 

Bu barədə əvvəlcə hava limanına, daha sonra isə “Daçiya” rəhbərliyinə məlumat veriləcək. Moldovalıların səfər vaxtı dəyişdiyindən, əlavə otel xərclərini THY ödəyəcək.

 

Klubun rəsmi saytında yazılan məlumata görə, "Daçiya" rəhbərliyi fərqli reysdən istifadə etməklə, Moldovaya qayıtmağı da istisna etmir. Hazırda bununla bağlı danışıqlar gedir. 

0