[b]AÇ-2016: UEFA Çakır və Aktinsonu Fransadan niyə göndərib?[/b]
29.06.2016 - 12:14
[b]AÇ-2016: UEFA Çakır və Aktinsonu Fransadan niyə göndərib?[/b]

Avropa çempionatı davam etdikcə komandalarla yanaşı, hakimlər də bir-bir Fransanı tərk edirlər. Apasport.az saytının məlumatına görə, Cüneyt Çakırdan sonra daha 2 baş hakim evinə qaytarılıb.

 

Bunlar ispaniyalı Karlos Velasko Karbalyo və ingiltərəli Martin Atkinsondu. Adıçəkilən referilər briqadaları ilə birlikdə Avropa çempionatı ilə vidalaşıblar.

 

Həm Cüneyt Çakır, həm də adları sadalanan 2 hakimin qitə birinciliyi ilə erkən vidalaşmasının səbəbi də məlum olub. UEFA gələn ay Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarını nəzərə alaraq, hakimlərə istirahət vermək qərarına gəldiyini açıqlayıb. Çünki bu referilər Rio-2016-da da oyunlar idarə edəcəklər.

 

Polşalı Şimon Marçinyak Fransada saxlanılsa da, bundan sonra heç bir oyunu idarə edə bilməyəcək. O, yalnız ehtiyat hakim kimi təyinat alacaq.

 

Hazırda Avropa çempionatında cəmi 8 baş hakim qalıb. Bunlar Feliks Brix (Almaniya), Mark Klattenburq (İngiltərə), Yonas Eriksson (İsveç), Viktor Kaşşai (Macarıstan), Björn Kuypers (Hollandiya), Milorad Maziç (Serbiya), Nikola Ritsoli (İtaliya) və Damir Skominadı (Sloveniya).

 

Qeyd edək ki, Rio-2016-da futbol yarışları 4-20 avqust aralığında keçiriləcək.

0