[b]AÇ-2016: Növbəti təyinatlar açıqlandı[/b]
29.06.2016 - 12:32
[b]AÇ-2016: Növbəti təyinatlar açıqlandı[/b]

Fransada keçirilən Avropa çempionatında 1/4 final mərhələsinin daha bir matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA iyulun 1-də baş tutacaq Uels – Belçika qarşılaşmasının təyinatlarını açıqlayıb.

 

Görüş sloveniyalı hakimlər briqadasına həvalə edilib. Bu ölkənin nümayəndəsi Damir Skomina oyunda ədalət təmsilçisi funksiyasını yerinə yetirəcək. Təcrübəli italiyalı Nikola Ritsoli isə 4-cü hakim qismində iş başında olacaq.

 


Avropa çempionatı - 2016

1/4 final mərhələsi

 

1 iyul

23:00. Uels - Belçika

Baş hakim: Damir Skomina

Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan

Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)

Dördüncü hakim: Nikola Ritsoli (İtaliya)

Ehtiyat yan xətt hakimi: Elenito di Liberatore (İtaliya)

Hakim-inspektor: Mark Batta (Fransa)

UEFA nümayəndəsi: Adonis Prokopyu (Kipr)

Lill. “Pyerr Morua” stadionu

0