[b]Rio-2016: Olimpiya yığmamızın uğurlu seriyası dayana bilər[/b]
29.06.2016 - 13:16
[b]Rio-2016: Olimpiya yığmamızın uğurlu seriyası dayana bilər[/b]

Azərbaycan millisinin olimpiadadan olimpiadaya müəyyənləşdirdiyi seriyaya son qoyula bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb ağırlıqqaldırma yığmamızın Rioya qazandığı 4 lisenziyadan məhrum edilməsidi.

 

Belə ki, ölkəmiz avqustun 5-dən 21-dək Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına 57 vəsiqə qazandığından idmançı sayında yeni rekord vurmuşdu. Lakin 6 ağırlıqqaldıranımızın dopinqdə “ilşiməsi” və onların dünya çempionatında topladığı xalların silinməsi bu komandamızın Rioya yollanmaq şansının üstündən xətt çəkdi. Nəticədə lisenziyalarımızın sayı 53-ə düşdü ki, bu da London-2012-də vurduğumuz rekordun təkrarıdı.

 

Qarşıda isə yığmamızın iştirak edə biləcəyi lisenziya turnirinin qalmadığını nəzərə alsaq, say artımının olacağı inandırıcı deyil. Yalnız “wild card”ın verilməsi istisnadı.

 

Qeyd edək ki, Azərbaycan müstəqil ölkə kimi qatıldığı Anlanta-1996-da 23, Sidney-2000-də 31, Afina-2004-də 36, Pekin-2008-də 44, London-2012-də 53 idmançı ilə təmsil olunub.  

 

0