[b]“Qarabağ”a qarşı pis oynamadıq” - Maurisio[/b]
29.06.2016 - 14:33
[b]“Qarabağ”a qarşı pis oynamadıq” - Maurisio[/b]

“Yeni məşqçi yeni sistem deməkdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Zenit” klubunun futbolçusu Maurisio deyib.

 

Avstriya toplanışı çərçivəsində dünən “Qarabağ”la qarşılaşan Sankt-Peterburq təmsilçisi meydanı məğlub tərk edib. Belə ki, 81-ci dəqiqədə “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin vurduğu qol oyunda yeganə olub.

 

Görüşlə bağlı “Zenit”in rəsmi saytına açıqlama verən Maurisio qısa danışıb. Braziliyalı xavbek “Qarabağ”a qarşı pis oynamadıqlarını qeyd edib: “Toplanış ağır keçsə də, əhval-ruhiyyə yüksəkdi. Çox qaçırıq, topla çox çalışırıq. Yeni baş məşqçinin bizdən nə istədiyini tədricən başa düşürük. Bu tempdə də davam edəcəyik. “Qarabağ”la matç da daxil olmaqla, 2 yoxlama görüşündə qol vura bilməmişik. Ancaq elə də pis oynamamışıq. Fərqli sistemdə çıxış etdiyimizə görə, vaxta ehtiyacımız var”. 

0