[b]Terror ulduz futbolçunun qərarını dəyişdi: Türkiyədən ayrılır[/b]
29.06.2016 - 16:10
[b]Terror ulduz futbolçunun qərarını dəyişdi: Türkiyədən ayrılır[/b]

İstanbul hava limanında baş verən terror hadisəsi bu ölkədə çıxış edən futbolçuların gözünü qorxudub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, artıq bir oyunçu Türkiyədən ayrılmaq qərarına gəlib.

 

Bu, “Fənərbaxça”nın yarımmüdafiəçisi Luiş Nanidi. Hazırda Portuqaliya millisinin heyətində Fransada keçirilən Avropa çempionatında olan Nani komandadan ayrılmaq niyyətindədi. Bunu ulduz futbolçunun meneceri Marko Kırdemir deyib.

 

Menecer 30 yaşlı oyunçunun karyerasını harda davam etdirəcəyinə də aydınlıq gəlmək üzrə olduğunu bildirib: “Bu gün “Valensiya”dan “Fənərbaxça”ya 8,5 milyon avroluq rəsmi təklif gəldi. Naninin ailəsi terror hadisəsindən sonra qətiliklə getmək istəyir. Atatürk Hava Limanında baş verənlərdən sonra bunu unutmaları mümkün deyil”.

 

Qeyd edək ki, Luiş Nani “Fənərbaxça”ya ötən il “Mançester Yunayted”dən keçmişdi.

0