[b]AÇ-2016: İtalyan azarkeşlər həbs edildi[/b]
29.06.2016 - 20:00
[b]AÇ-2016: İtalyan azarkeşlər həbs edildi[/b]

Fransada keçirilən Avropa çempionatında növbəti xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu dəfə italiyalı azarkeşlər problem yaradıblar.
 
Hadisə 1/8 final mərhələsi çərçivəsində baş tutan İtaliya – İspaniya (2:0) qarşılaşmasından sonra yaşanıb. Belə ki, bir qrup italiyalı fanat polisi təhqir edən plakatlar açıb və şüarlar səsləndiriblər.
 
Məsələni araşdıran yerli polis görüntülərin videoyazısını izlədikdən sonra 3 azarkeşi təqsirli bilərək həbs edib.

0