[b]"Baltsan" sadə oynayıb, nəticə qazanır" - Vəli Qasımov[/b]
29.06.2016 - 21:02
[b]"Baltsan" sadə oynayıb, nəticə qazanır" - Vəli Qasımov[/b]

“Bizi çətin oyun gözləyir. Rəqib haqda məlumat toplamışıq, zəif komanda deyil". Apasport.az saytının xəbərinə görə, bunu "Neftçi" klubunun baş məşqçisi Vəli Qasımov deyib.

 

Paytaxt təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Maltada yerli "Baltsan"ın qonağı olacaq. Görüşdən əvvəl təşkil olunan mətbuat konfransında "ağ-qaralar"ın çalışdırıcısı rəqibin heyətində yaxşı futbolçuların olduğunu bildirib: "Hücumçuları xoşuma gəldi, Malta milli komandasının üzvüdü. Orta xətdə də yaxşı futbolçuları var. Sadə futbol oynayırlar və nəticə qazanırlar. Bununla belə, istəyirik burada yaxşı oyun göstərib ilk mərhələni biz keçək. Yeni transferlərimiz var, onların oyununu bəyənib komandaya cəlb etmişik. Düzdür, düşərgəyə yeni qoşulublar, amma hesab edirəm ki, bu qısa müddət ərzində komandaya uyğunlaşa biliblər”.

 

Qasımovla yanaşı, jurnalistlərin suallarını cavablandıran futbolçu Elşən Abdullayev isə komanda şəklində yaxşı oynayıb sərfəli nəticə qazanacaqlarına inanır: "Bakıda da, demək olar, havanın temperaturu bura ilə eynidir, havaya görə çətinlik yaşayacağımıza inanmıram. İnanıram ki, komanda şəklində yaxşı oynayıb sərfəli nəticə qazanacağıq”.

0