[b]UEFA: İstanbul teraktı qurbanları üçün 1 dəqiqəlik sükut olmayacaq[/b]
29.06.2016 - 22:58
[b]UEFA: İstanbul teraktı qurbanları üçün 1 dəqiqəlik sükut olmayacaq[/b]

Dünən İstanbulun Atatürk hava limanında törədilmiş terror aktına görə futbol üzrə Avropa çempionatının 1/4 final oyunlarından əvvəl 1 dəqiqəlik sükut olmayacaq. Virtualaz.org «Associated Press» agentliyinə istinadən xəbər verir ki, bununla bağlı UEFA agentliyin sorğusuna qəribə cavab verib.

 

Avropa Futbol Federasiyaları Assosiasiyasının cavabında bildirilir ki, terror aktı birbaşa futbolla bağlı olarsa, yaxud yarışı təşkil edən ölkədə, və ya yarışda iştirak edən ölkələrdən birində törədilərsə, qaydalara uyğun olaraq, oyunlardan əvvəl qurbanların xatirəsinə 1 dəqiqəlik sükut olur.

 

Maraqlıdır ki, Türkiyə Avropa çempionatının iştirakçılarından biridir və qrup mərhələsində iştirak edib.

 

Virtualaz.org onu da xatırladadır ki, Parisdə törədilmiş terror aktından sonra UEFA öz bayrağı altında keçirilən oyunların hamısında 1 dəqiqəlik sükut və komandaların oyunlara qara sarğı ilə çıxması təlimatını vermişdi.

 

0